"Azdövsutəslayihə" institutu

Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu və ya qısaca AzdövsutəslayihəAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olmuş su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutu idi.[1] Əsas binası Bakı şəhərində yerləşirdi.

"Azdövsutəslayihə" institutu
AZDÖVSUTƏSLAYİHƏ
Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutu
Növü Dövlət institutu
Yaranma tarixi 8 aprel 1933
Ləğvolma tarixi 16 may 2024
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Bakı Bakı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

16 may 2024-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və Azərsu ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Yeni yaradılan publik hüquqi şəxs ləğv edilən institutların hüquqi varisi hesab edilib.[2]

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1930–1950-ci illər

[redaktə | mənbəni redaktə et]
Paylayıcı kanalda şlüz tikintisi 1933-cü il

1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı.

Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı. Xudat massivində topoqrafiya işləri görüldü. Bununla yanaşı Salyan düzündə suvarma sisteminin sxematik layihəsi və kollektor suyığıcı sisteminin texniki iqtisadi layihəsi, Kür çayı sahillərindən daşqınlara qarşı mübarizə bəndlərinin layihələri, Araz çayının su qəbul etməklə Mil düzünə və Qarabağın düzən hissələrini suvarılması üçün tədbirlər həyata keçirildi.

Bu dövrlərdə Azərbaycanda torpaqların şoranlaşması xəritəsidə tərtib olundu və bataqlıqların qurudulmasında hidromexanizasiya üsulundan istifadəyə başlandı.

1936-cı ilin sonunda SSRİ Əkinçilik Xalq komissarlığının əmri ilə Zaqafqaziya Su Layihə İdarəsi (Закгиппровод) rəhbər texniki işçilər də daxil olmaqla, Tiflis şəhərindən Bakı şəhərinə köçürülmüşdür. Azərbaycan Su Təsərrüfatı Layihə-Axtarış İdarəsinə birləşdirilməklə, yeni adla zaqafqaziya Su Layihə idarəsi yaradıldı.

Samur-Dəvəçi kanalının açılışı 1940-cı il

1938-ci ilin may ayında idarə Zaqafqaziya Su Layihə-Axtarış (Закводпроиз) adlandırıldı və Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları ərazilərində layihə axtarış işlərini həyata keçirirdi.

1938-ci ildə Samur-Abşeron kanalının birinci növbəsi olan hissəsinin, Samur-Dəvəçi kanalının layihə-axtarış işləri başlamışdır. Layihəçilərin və tikinti işçilərinin birgə fədakar çalışmaqlarının nəticəsində uzunluğu 110 km olan Samur-Dəvəçi kanalı 28 aprel 1940-cı ildə istifadəyə verildi.

1945-ci ildə layihə idarəsi Azərbaycan Layihə-Axtarış İdarəsi adlandırılmışdır. Böyük Vətən müharibəsi bitdikdən sonra Mingəçevir Su anbarı-nın tikintisi və Kür-Araz düzənliyinin suvarılması" layihəsinin həyata keçirilməsinə başlanmışdır.

1948-ci ildə Kür-Araz düzənliyində genişmiqyaslı kollektor-drenaj sisteminin tikintisinə başlandı.

1950–1970-ci illər

[redaktə | mənbəni redaktə et]

1950-ci il iyun ayının sonuna kimi Azərbaycan Layihə-Axtarış İdarəsində görülən işlər, ümumilikdə, Kür-Araz Su Tikintisi Baş İdarəsi və Azərbaycan SSR su təsərrüfatı Nazirliyi ilə başlanmış müavilələr əsasında aparılırdı. 1951-ci ildə Yuxarı Qarabağ kanalının, 1954-cü ildə isə Yuxarı Şirvan kanalının layihələndirilməsinə başlandı.

1951-ci ildə kiçik layihə təşkilatların ləğv edilməsi ilə əlaqədar olaraq Azərbaycan Layihə-Axtarış İdarəsi əsasında SSRİ Pambıqçılıq Nazirliyinn tabeliyində fəaliyyət göstərən Zaqafqaziya Su-layihə Pambiqçılıq İdarəsi (Закгидроводхлопок) yaradılmışdır.

Muğan-Salyan düzündə aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən edildi ki, qrunt sularının səviyyəsinin tələb olunan dərinlikdə saxlamaq üçün bu ərazidə kollektor-drenaj sisteminin tikilməsi vacibdir. Tez bir zamanda layihə-axtarış işləri aparıldı və 1950–1953-cü illərdə Muğan-Salyan sutullayıcı sistemi tikilərək istismara verildi.

SSRİ Nazirlər Sovetinin 27.05.1953-cü il qərarı ilə Zaqafqaziya Su-Layihə Pambıqçılıq İdarəsi əsasında SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Baş Su Təsərrüfatı İdarəsi tabeliyində olmaqla, Azərbaycan Su Təsərrüfatı Layihə İnstitutu "Azdövsutəslayihə" (Азгипроводхоз) yaradıldı.

SSRİ Nazirlər Sovetinin 10.04.1954-cü il 673 saylı qərarı ilə "Azdövsutəslayihə" İnstitutu Azərbaycan SSRİ Su Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi.

1955-ci ildə Mingəçevir su anbarında işlər tamamlandı və tam istifadəyə verildı.

1957-ci ildə Araz çayı üzərində Bəhrəmtəpə hidroqovşağı tikildi. Bununla Araz çayının suyundan da səmərəli istifadə olunmağa başlandı.

Mingəçevir su anbarının istifadəsindən sonra 1958-ci ildə Yuxarı Qarabağ kanalı və 1959-cu ildə isə Yuxarı Şirvan kanalı istismara verildi. Bununla da müvafiq olaraq Qarabağ zonasının, Mil düzünün və Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Ağsu, Kürdəmir, Hacıqabul rayon ərazilərinin ərazilərindəki əkinyanı sahələri suvarma suyu ilə təmin olundu.

1960–70-ci illərdə Mil-Qarabağ və digər kollektorların layihəsi işləri aparıldı və tikintisi başa çatdı. Şimal çaylarının üzərində hidrotexniki qurğuların layihələndirilməsi işlərinə başlandı. Samur-Abşeron kanalının 2-ci növbə tikintisi heyata keçirildi və sonunda Ceyranbatan su anbarı yaradılmışdı.

Bu illərdə "Azsutəslayihə" institunun fəaliyəti genişləndikcə əməkdaşləarını sayıda ilbə-il artırdı:

İllər 1957-ci il 1963-cü il 1964-cü il
İşçi sayı, nəfər 588 1000 1046
Avtomobil və texnika sayı, ədəd - - 85

1961-ci ildən başlayaraq əməkdaşlar üçün yaşayış binalarının tikintisinə başlandı və sonrakı illərdə 4 ədəd bina tikildi. Həmçinin, 1964-cü ildə institut yeni 5 mərtəbəli binaya köçmüşdür.

1970–1991-ci illər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 1970–1982-ci illərdə meliorasiya və su təsərüffatı sahəsinin geniş miqyasda inkişafı "Azdövsutəslayihə" institutunda yerinə yetirilən layihə-axtarış işlərinin sayının və həcmlərinin artmasına səbəb oldu.

Heydər Əliyev Xanbulançay su anbarının açılışında 1976-cı il

Ümumilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–1982-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı sahəsinə ayrılmış vəsait, sovet hakimiyyətinin 50 ili ərzində bu sahəyə qoyulmuş ümumi vəsaitdən 2 dəfə artıq olmuşdur. "Azdövsutəslayihə" institutunda 1982-ci ildə layihə-axtarış işlərini zonalar üzrə yerinə yetirən 6 istehsalat-layihə şöbəsi fəaliyyət göstərirdi. İnstitutun 1600 nəfərdən artıq işçi çalışırdı. Əməkdaşlardan 17-nin elmi dərəcəsi var idi.

İnstitut əməkdaşları Yəmən, Kuba, Əlcəzair, İraq, İran, Suriya və s Respublikalarda layihə-axtarış işlərinin aparılmasına yardım etmək üçün bu olkələrə göndərilmişlər.

Çayların su ehtiyatlarının səmərəli istifadə etmək məqsədilə bu illərdə su anbarları və kanallar layihələndirilib tikilməyə başlamışdı.

"Şərəf nişanı" ordeni
Su anbarları Kanallar
Ağstafa su anbarı Rəsularx kanalı
Araz su anbarı Baş Muğan kanalı
Sərsəng su anbarı Əzizbəyov kanalı
Arpaçay su anbarı Boztəpəarx kanalı
Xanbulançay su anbarı Yeni Xanqızı kanalı
Aşağı Köndələnçay su anbarı Baş Mil kanalı
Madagiz su anbarı Yuxarı Mil kanalı
Zoğalavaçay su anbarı
Cəyirli su anbarı
Şəmkir su anbarı
Əyriçay su anbarı
Viləşçay su anbarı
Salxanqala su anbarı

Suvarma sistemlərinin tikintisi ilə yanaşı kollektor-drenaj şəbəkələrinin tikintisi geniş vüsət almışdır. Şirvan, Qarabağ, Mil, Muğan düzlərində drenaj sistemləri tikilib yenidən qurulurdu.

Sovetlər məkanında ölkə iqtisadiyyatında durğunluq, bütün sahələrdə olduğu kimi "Azdövsutəslayihə" institunun fəaliyyətinə də təsirsiz ötüşməmişdir. Meliorasiya və su təsərrüfatı sahəsində də 1985-ci ildən başlamaqla aparılan tikinti işləri ilbəil kəskin şəkildə azalmışdır. "Azdövsutəslayihə" institunun iş həcmlərinin az olduğu şəraitdə çətin günlərinin yaşamalı oldu. Sənətinin fədaisi olan əməkdaşların hesabına institut bu çətin illəri başa vurmağa doğru gedirdi.

1991-ci ildən sonra müstəqillik dövründə

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Sovet İttifaqının dağılması ilə ölkə müstəqillik qazandı. Müstəqilliyin ilk illəri ölkənin müharibə şəraitində olması və iqtisadi cətinliklərlə əlaqədar olaraq meliorasiya və su təsərrüfatında durğunluq dövru idi.

1993-cü il Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. İlk növbədə respublikaya qoyulan xarici investisiyalar aşağıdakı adı çəkilən meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi:

  • Kür-Araz düzənliyində şoranlaşmış torpaqların duzlardan təmizlənməsini təmin edəcək Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi;
  • Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur-Abşeron suvarma sisteminin yenidən qurulması;
  • Naxçıvan MR Vayxır su anbarının tikintisinin başa çatdırılması;

nın tikintisində. 2002-ci il]] Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxemi "Azdövsutəslayihə" institutu və Türkiyə Konsorsiumu "SEYAŞ-SUİS" tərəfindən 1995–1996-cı illərdə hazırlandı.

"Azdövsutəslayihə" institutu və Almaniyanın layihə şirkəti ilə birgə 1997-ci ildə "Azərbaycan İrriqasiya və Drenaj İnfrastrukturunun Bərpası və Yaxşılaşdırması" layihəsi hazırlandı.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində aşağıdakı genişmiqyaslı işlərin görülməsi müəyyənləşdirildi:

  1. Samur Baş suqəbuledicinin bərpası;
  2. Xanarx kanalının tikintisi;
  3. Samur-Abşeron kanalının 50 km-lik hissəsinin bərpası;
  4. Vəlvələ-Taxtakörpü kanalının tikintisi;
  5. Taxtakörpü su anbarının tikintisi;
  6. Taxtakörpü-Ceyranbatan kanalının tikintisi.

2000-ci ildə Yenikənd su anbarı SES-le birlikdə istismara verildi.

Azərbaycan Respublikası "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004–2008-ci illər)daxil edilmiş və Respublika büdcəsindən ayrılmış vəsait hesabına, Dünya Bankının, İslam İnkişaf Bankının Asiya, Asiya İnkişaf Bankının və digər maliyyə qurumlarının krediti hesabına 2006-cı ildə Baş Mil-Mugan kollektorunda, Naxçıvan MR-da vayxır su anbarının yarımçıq qalmış hissəsinin və Samur-Abşeron kanalının Baş sudurulducusunun layihələri "Azdövsutəslayihə" institutu və Türkiyənin "SU-YAPI" şirkəti ilə birlikdə hazırlanmışdır.

Dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2009-cu ilin may ayında təməli qoyulmuş Şəmkirçay su anbarının layihə smeta sənədləri "Azdövsutəslayihə" institutu və Türkiyənin "TƏMƏLSU" şirkəti tərəfindən birgə işlənib hazırlanmışdı.

Uzun illər ərzində əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq məqsədilə ArazKür çaylarının sahillərində 1700 km uzunluğunda torpaq mühafizə bəndləri, dağlıq ərazidəki çayların sahillərində isə 126 km uzunluğunda daş-beton və beton mühafizə bəndləri tikilmişdir ki, bunların da layihə-smeta sənədləri "Azdövsutəslayihə" institutunda hazırlanmışdır.

2004-cü ildə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında "Selə qarşı tədbirlər" layihəsini maliyyələşdirilməsi üzrə kredit sazişi imzalanmış, 12 rayonun ərazisindəki 23 çayda qoruyucu bəndlərin tikilməsinə vəsait ayrılmışdır. 2005-ci ildə həyata keçirilən layihələrdə "Azdövsutəslayihə" institutu yaxından iştirak etmişdir.

Respublika ərazisindəki 1025 min hektar qiş otlaq sahələrində saxlanılan heyvanların suya olan tələbatını ödəmək məqsədilə 5322 ədəd qurğulardan və müxtəlif diametrli 2930 km uzunluğunda borulardan ibarət su sisteminin tikilməsi üçün layihə-smeta sənədlərini "Azdövsutəslayihə" institutu hazırlamışdır.

Hal-hazırda Respublika ərazisində meliorasiya və su təsərrüfatı sahəsində aparılan yenidənqurma, bərpa işlərində "Azdövsutəslayihə" institutunun rolu və əməyi böyükdür.

Tərkibi və strukturu

[redaktə | mənbəni redaktə et]

İnstituta rəhbərlik etmiş şəxslər:

[redaktə | mənbəni redaktə et]
İllər Direktorlar Baş mühəndislər
1933 Nəzirov Zdobnov E. İ (1933–1934)
1933–1964 Abbasov Mehdi Əli oğlu Qovert A. R. (1934–1935)
Manzor A. İ. (1935–1938)
Dobronravov V. A. (1938–1950)
Rudman İ. A. (1950–1961)
Bağırov Zülfüqar Əli oğlu (1961–1963)
1964–1972 Səlimbəyov Cəfər Vahab oğlu Tabasaranski Bəybala Əlimərdanoviç (1963–1978)
1972–1975 Musayev Zülfüqar Fətulla oğlu
1975–1983 Paşayev Paşa Sirac oğlu Bağırov Zülfüqar Əli oğlu (1978–1982)
1983–2008 Əliyev Rahib Oruc oğlu Mirzəxanov Əli Cəbrayıl oğlu (1982–2003)
Musayev Telman Mir Məsim oğlu (2003–2007)
Paşayev Elbrus Paşa oğlu (2007–2008)
2008-indi Paşayev Elbrus Paşa oğlu Qaziyev Yusif Cəbrayıl oğlu (2008–2017)

İnstitutun şöbələri və əməkdaşları:

[redaktə | mənbəni redaktə et]

"Azdövsutəslayihə" institutunun srukturu 17 şöbədən, 5 sektordan və 6 yardımçı bölmələrdən ibarətdir. Ümumiyyətlə hal-hazırda institutda 175 əməkdaş fəaliyyət göstərir. Bunlardan 8-i Layihənin Baş Mühəndisi, 12-si isə Baş Mütəxəssisdir. Bundan əlavə şöbələrdə və çöl şəraitində işləyən müxtəlif dərəcəli mühəndislər, texniklər və fəhlələr çalışır.

Son illərdə su təsərrüfatı və meliorasiya sahəsində yüksək fəalyyətlərinə görə institutun bir neçə əməkdaşı Əməkdar mühəndis adı almış, bəzilləri isə "Tərəqqi" medalı ilə təltif olunmuşlar.

Şöbələr (17 şöbə) 1№-li layihə şöbəsi 2№-li layihə şöbəsi 3№-li layihə şöbəsi Texniki şöbəsi Hidrotexniki qurğular şöbəsi Su anbarı və bəndlər şöbəsi Topoqrafiya axtarış şöbəsi Mühəndis qeologiya şöbəsi Torpaq melorativ axtarış şöbəsi Nasos stansiyası və metal konst şöbəsi Elektrotexnika şöbəsi Tikintinin təşkilinin layih-si və Smeta şöbəsi Hidrologiya şöbəsi Torpaq ayırma şöbəsi Layihə tərtibatı və buraxılışı şöbəsi Maliyyə iqtisadiyyat və mühasibət uçotu şöbəsi Təsərrüfat şöbəsi
Sektorlar (5 sektor) Kadrlar sektoru Memar-inşaat sektoru Kənd təsərrüfatı layihələndirmə sektoru Layihə tərtibatı və buraxılışı sektoru Kompyüter sektoru
Yardımçı bölmələr Dəftərxana Mülkü mudafiyə və təhlükəsizlik texnikası üzrə mühəndis Geotexniki və kimyəvi analiz laboratoriyası Texniki kitabxana Texniki informasiya qrupu Arxiv

Azdövsutəslayihə institutu-80

[redaktə | mənbəni redaktə et]

Azdövsutəslayihə institutunun 80 illik yubileyi ilə əlaqədar olaraq institutun tarixini və inkişaf yolunu tam əhatə edən "Azdövsutəslayihə" İnstitutu — 80 kitabı nəşr olunmuşdur[3]. Bu kitabda Azdövsutəslayihə institutunun yarandığı dövrdən Azərbaycan meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələr, aparılmış tikinti işləri və əməkdaşları haqqında geniş məlumat verilmişdir.

Milli qəhrəmanımız

[redaktə | mənbəni redaktə et]

"Azdövsutəslayihə" institutunun əməkdaşlarından: Nəsrəddinov Rafiq Hüseyn oğlu, Atakişiyev Məmməd İslam oğlu, Hüseynov Fazil Bakir oğlu, Yusifov Vüqarlı Camal oğlu, Tağıyev Mehman Musarza oğlu və Orucov Niyaz Tofiq oğlu Qarabağ uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Milli Qəhrəman Nəsrəddinov Rafiq Hüseyn oğlu 1987-ci ildən 1992-ci ilə qədər mühəndis-hidroloq vəzifəsində işləmişdir. O, işlədiyi müddətdə kollektivin böyük hörmətini qazanmışdır.

1992-ci ildə Nəsrəddinov Rafiq Milli Ordu sıralarına çağırılmışdir. Baş leytenant rütbəsində Rafiq Ağdərə rayonunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq qəhrəmancasına həlak olmuşdur. Ona ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilib.

"Azdövsutəslayihə" institutunun kollektivi şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan Milli Qəhrəmanı Rafiq Hüseyn oğlu Nəsrəddinovla fəxr edir.

  1. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli, 149 nömrəli qərarı. Arxivləşdirilib 2022-06-17 at the Wayback Machine (az.)
  2. "İki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı". Axar.Az (az.). 2024-05-16. İstifadə tarixi: 2024-10-26.
  3. Azdövsutəslayihə institutu-80 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Müəlliflər: Paşayev E. P, Həsənov F. H.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]